isveçərənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması keçirilib.Siasport.az saytı xəbər verir ki, mərasimi UEFA-nın baş katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və finallar üzrə məsul şəxslər Stiv Makmanaman ilə Patrik Klyuvert idarə ediblər. Beləliklə, bu mərhələdə Türkiyənin "Qalatasaray" klubu Almaniyanın "Şalke" klubu ilə, İspaniyanın "Real" klubu İngiltərənin "Mançester Yunayted" klubu ilə, İtaliyanın "Milan" klubu İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaqlar.
1/8 final
"Qalatasaray" (Türkiyə) - "Şalke" (Almaniya)
"Seltik" (Şotlandiya) - "Yuventus" (İtaliya)
"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Şaxtyor" (Ukrayna) - "Borussiya" D (Almaniya)
"Milan" (İtaliya) - "Barselona" (İspaniya)
"Real" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Valensiya" (İspaniya) - "PSJ" (Fransa)
"Portu" (Portuqaliya) - "Malaqa" (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB