Böyükağa Hacıyev: "Kamranın namizədliyini irəli sürsələr, dərhal razılaşacağam"

Böyükağa Hacıyev: "Kamranın namizədliyini irəli sürsələr, dərhal razılaşacağam"

"Kamran yaxşı qapıçıdır. O, Stamenkoviçlə əla rəqabət yaradardı". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Baş məşqçi əgər Kamranın flaqmana keçidi mümkün olarsa, buna tam razılıq verəcəyini qeyd edib: "Mən həmişə K.Ağayevi ən yaxşı qapıçı hesab etmişəm. Onun "Neftçi"yə keçməsinə də müsbət yanaşıram. Əgər onun namizədliyini irəli sürsələr, dərhal alınmasına razılaşacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə