Boaş və Torresdən Raul Mereleşə tam dəstək!

Boaş və Torresdən Raul Mereleşə tam dəstək!

"Qalatasaray"-"Fənərbaxça" derbisi zamanı hakimə qarşı təhqiredici hərəkət etdiyi üçün meydandan qovulan Raul Mereleşə, keçmiş komanda yoldaşı və baş məşqçisi tərəfindən dəstək gəldi. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, hazırda "Tottenhem"in sükanı arxasında olan "Çelsi"nin keçmiş baş məşqçisi Andre Villaş Boaş və "Çelsi"nin hazırkı forvardı olan Fernando Torres, bu futbolçunun heç bir zaman belə bir hərəkətə yol verməsinə inanmadıqlarını bildiriblər. A.V.Boaş yazılı açıqlamasında bildirib ki, həm insani, həm də peşəkar futbolçu olaraq R.Mereleşin belə bir addım atmasının mümkün olmadığını düşünür. O, derbidəki videoyazını izlədiyini və R.Mereleşin iddia edildiyinin əksinə olaraq, hakimə qarşı belə bir həqarət etməsinə rast gəlmədiyini dilə gətirib. F.Torres isə, keçmiş komanda yoldaşının belə bir xətaya yol vermədiyini sübut etmək üçün bütün pulunu ortaya qoyaraq mərc gəlməyə hazır olduğunu elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə