Cavid İmamverdiyev karyerasını Ukraynada davam etdirə bil

Cavid İmamverdiyev karyerasını Ukraynada davam etdirə bil

Azərbaycan çempionu "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev karyerasını Ukraynada davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, yığmamızın gənc üzvü ilə Kiyev "Dinamo"su maraqlanır.

Qış fasiləsi zamanı 22 yaşlı futbolçumuz Kiyevə yola düşəcək. Bu keçidlə bağlı detallara da məhz həmin vaxt aydınlıq gətiriləcək.

Qeyd edək ki, İmamverdiyevin Bakı klubu ilə müqaviləsinin müddəti 2015-ci ildə başa çatacaq.//Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə