"Fənərbaxça"nın taleyinə hansı komanda düşəcək?

"Fənərbaxça"nın taleyinə hansı komanda düşəcək?

Bu gün Bakı vaxtı ilə saat 17:00-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu mərhələdə qrup qalibləri ikinci pillənin sahibləri ilə üzləşəcəklər. Burada eyni ölkənin iki komandası üz-üzə gələ bilməzlər. Azərbaycanlı futbol azarkeşlərini ən çox maraqlandıran məqam isə, heç şübhəsiz ki, qardaş Türkiyənin "Fənərbaxça" futbol klubunun bu mərhələdə hansı klubla qarşılaşacağıdır.

Avroliqanın 1/16 final mərhələsinin bütün iştirakçıları

"Səpələnmişlər": "Liverpul" (İngiltərə), "Viktoriya" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Bordo" (Fransa), "Styaua" (Rumıniya), "Dnepr" (Ukrayna), "Genk" (Belçika), "Rubin" (Rusiya), "Lion" (Fransa), "Latsio" (İtaliya), "Metallist" (Ukrayna), "Hannover" (Amaniya), "Çelsi" (İngiltərə), "ÇFR Kluj" (Rumıniya), "Olimpiakos" (Yunanıstan), "Benfika" (Portuqaliya).

"Səpələnməmişlər": "Anji" (Rusiya), "Atletiko" (Madrid, İspaniya), "Borussiya" (Münhenqladbax, Almaniya), "Nyukasl" (İngiltərə), "Ştutqart" (Almaniya), "Napoli" (İtaliya), "Bazel" (İsveçrə), "İnter" (İtaliya), "Sparta" (Çexiya), "Tottenhem" (İngiltərə), "Bayer" (Almaniya), "Levante" (İspaniya), "Zenit" (Rusiya), BATE (Belarus), "Dinamo" (Kiyev, Ukrayna), "Ayaks" (Hollandiya).

Bütün xəbərlər Facebook səhifəmizdə