2012-ci il - "İdman ili"nin yekunları ilə bağlı Xəzər rayon İcra Hakimiyyətində Xəzər rayon idman ictimaiyyəti və rəhbərliyi ilə görüş keçirilib. Sİasport.az saytının məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və rayon idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirak edənlər 2012-ci ildə rayonda idman sahəsində əldə olunan nəaliyyətlərdən, qarşıda duran vəzifələrdən, dövlətin idmanın inkişafına göstərdiyi qayğıdan, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən danışıblar. Tədbirdən öncə "İdmanımızın bu günü və sabahı" mövzusunda çəkilmiş rəsm işlərində baxış keçirilib. Daha sonra 2012-ci il "İdman ili" elan edilməsi ilə bağlı Xəzər rayonunda gənclərin sağlamlıqlarının qorunması və fiziki inkişafı istiqamətində əldə etdiyi nailiyyətlərə gorə rayon ictimaiyyətinin numayəndələrinə rayon rəhbərliyi tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olunub. "İdmanımızın bu günü və sabahı" mövzusunda rayon ümumtəhsil məktəbləri arasında keçirilən rəsm musabiqəsinin qaliblərinə diplom ve hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB