"Qarabağ" "Xəzər-Lənkəran"la oyuna hazırdır. Siasport.az saytının məlmatına görə, Premyer Liqanın XVIII turunda cənub komandasını qəbul edəcək Ağdam təmsilçisi hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. "Qarabağ" ilin son məşqini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda reallaşdırıb. Məşq 1 saat davam edib.
Qey edək ki, "Qarabağ" - "Xəzər-Lənkəran" oyunu bu gün saat 16:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB