Azərbaycanın ən güclü yunan-Roma güləşçiləri müəyyənləşdi

Azərbaycanın ən güclü yunan-Roma güləşçiləri müəyyənləşdi

"Sərhədçi" İdman Olimpiya Mərkəzində böyüklər arasında Azərbaycan çempionatında yunan-Roma güləşçilərinin yarışlarına yekun vurulub. Siasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edirlər.
Çempionatın ikinci günündə 60, 74 və 96 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Yarışda Elçin Əliyev (60 kq), Şamil Ertuqanov (74 kq) və Saman Təhmasibi (96 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Şəxsi xarakter daşıyan yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatına layiq görülüblər. Bu güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilib və tam dəst idman geyimi ilə təmin olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə