Bu gün Azərbaycan Cüdo İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, tanınmış idmançılar, respublikanın idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər dövlətimizin başçısının xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanının, o cümlədən milli cüdo məktəbinin yeni və şərəfli bir inkişaf mərhələsində olduğunu vurğulayıblar. Qeyd olunub ki, hazırda ölkədə idmanın hərtərəfli dəstəklənməsi, onun maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə yeni idman komplekslərinin yaradılması geniş vüsət alıb. Bu istiqamətdəki tədbirlərin daha bir nümunəsi kimi Bakıda Azərbaycan Cüdo İdman Kompleksinin inşasına başlanılır.
Mərasim iştirakçılarına yeni kompleksin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda inşasına başlanılan və 2014-cü ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan kompleks 4 min 500 kvadratmetrlik sahədə tikiləcək.
Kompleksin tərkibinə 8 mərtəbəli mehmanxana, poliklinika, laboratoriya, fizioterapiya, sağlamlıq mərkəzi, restoran, trenajor zalı və spa mərkəzi də daxildir.
Respublikanın bölgələrində də cüdo idman növünün maddi-texniki bazası gücləndirilir. Hazırda İsmayıllıda Cüdo Mərkəzi inşa olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB