Azərbaycan çempionatının 2-ci günündə finalçılar müəyyənləşdi

Azərbaycan çempionatının 2-ci günündə finalçılar müəyyənləşdi

"Sərhədçi" İdman Olimpiya Mərkəzində güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edirlər.
Çempionatın ikinci günündə 60, 74 və 96 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar. Artıq yarışın finalçıları müəyyənləşib. Həlledici mərhələdə Elçin Əliyev (60 kq) Taleh Məmmədov ilə, Şamil Ertuqanov (74 kq) Niyaməddin İbrahimov ilə, Saman Təhmasibi (96 kq) isə Şalva Qadabadze ilə qarşılaşacaq.
Şəxsi xarakter daşıyan yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutacaq idmançılara AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı veriləcək. Bu güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə