Topaz Premyer Liqasının XVIII turunda "Rəvan"ı qəbul edəcək "Simurq" qarlı hava şəraitində hazırlıqları davam etdirir. Siasport.az saytının məlumatına görə, 2012-ci ilin son oyununda qalib gəlmək və turnir cədvəlini zirvədə tamamlayaraq fasiləyə yollanmağı planlaşdıran "Simurq" bu gün növbəti məşqinə çıxıb. Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri taktiki çalışmalar üzərində işləyiblər. Qısa ötürmələrdən sonra ikitərəfli oyunla məşq tamamlanıb.
Qapıçılar Dmitriy Kramarenko, David Piterzkieviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı çalışıblar.
Qeyd edək ki, "Simurq" - "Rəvan" oyunu dekabrın 20-si saat 15:00-da Zaqatala şəhər stadionunda keçiriləcək. Bu qarşılaşmada sarı-qaraların aparıcı oyunçuları David Piterzkieviç, Murad Səttarlı və Rasim Ramaldanov komandaya kömək edə bilməyəcəklər. Onlar cəza səbəbindən bu oyunda forma geyinməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB