Fergusyon Amerikada Guardiola ilə gizli görüşüb

Fergusyon Amerikada Guardiola ilə gizli görüşüb

Sən demə "Mançester Yunayted"in baş məşqçisi olan Aleks Fergusyon da gizli işlər görürmüş. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, məşhur şotlandiyalı futbol mütəxəssisi, sən demə bu yaxınlarda ABŞ-da "Barselona"nın keçmiş baş məşqçisi olan Xose Quardiola ilə gürüşübmüş. "Milliyet"in yazdığına görə, şotlandiyalı futbol mütəxəssisi, mövsümün sonunda "qırmızı şeytanların" sükanı arxasından ayrılacağı üçün, öz yerinə məhz X.Guardiolanı görmək istəyir. Məlumata əsasən, onun ABŞ-a gedərək X.Guardiola ilə görüşməsinin əsl səbəbi də məhz bu amillə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə