"Kəpəz” Bakıda məşqə çıxıb

"Kəpəz” Bakıda məşqə çıxıb

"Kəpəz" Bakıya gəlib. Siasport.az saytının məlumaına görə, dekabrın 20-də səfərdə "Sumqayıt"la qarşılaşacaq komandanın oyundan 2 gün əvvəl paytaxta yollanması, matça daha yaxşı şəkildə hazırlaşmaq məqsədi daşıyır. "Kəpəz" Bakıda olduğu müddətdə "Araz" otelində qalacaq. Baş məşqçi Mahmud Qurbanovun yetirmələri paytaxtda artıq 2 məşq ediblər. Komanda dünən "Şəfa" stadionunun yardımçı meydançasında hazırlıq prosesi keçib. Bu gün isə Gəncə təmsilçisi görüşün keçiriləcəyi stadionda məşqə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə