"Beşiktaş" Fernandes üçün transfer təklifini rədd etdi!

"Beşiktaş" Fernandes üçün transfer təklifini rədd etdi!

Rusiyanın "Lokomotiv" futbol klubu hazırda İstanbulun "Beşiktaş" futbol klubunda forma geyən Manuel Fernandes üçün İstanbul klubuna rəsmi təklif göndərib. Siasport.az saytı xəbər verir ki, "Lokomotiv" portuqaliyalı futbolçu üçün "qara qartala" 10 milyon avro transfer haqqı ödəməyi təklif etsə də, rədd cavabı alıb. Belə ki, klub rəhbərliyinin portuqaliyalını satmaq fikrində olmadığı və bu futbolçu üçün heç bir transfer məsələsini düşünmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə