Əziz Yıldırım "Qalatasaray" azarkeşlərini hədələdi!

Əziz Yıldırım "Qalatasaray" azarkeşlərini hədələdi!

İstanbulun "Qalatasaray" futbol klubunun son derbidə "Fənərbaxça" azarkeşlərinə "Türk Telekom Arena"ya girməklə bağlı qadağa qoyması, iki klub arasındakı münasibətləri gərginləşdirib. Siasport.az saytı xəbər verir ki, istanbul klubu, bu qərarını Türkiyə Futbol Federasiyasının (TFF) müvafiq qərarı ilə əsalandırıb. "Fənərbaxça" prezidenti Əziz Yıldırım isə, bundan sonra keçiriləcək derbi qarşılaşmalarında bir dənə də olsun "Qalatasaray" azarkeşinin "Şükrü Saracoğlu" stadionuna buraxılmayacağını bəyan edib. "Axşam" qəzetinə müsahibə verən Ə.Yıldırım bildirib ki, heç bir "Qalatasaray" azarkeşini "Şükrü Saracoğlu" stadionunda görmək istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə