"Liverpul" gözünü Arda Turana dikib

"Liverpul" gözünü Arda Turana dikib

Hazırda İspaniyanın "Atletiko" futbol klubunda forma geyinən türkiyəli futbolçu Arda Turanın "elçiləri" hər keçən gün artmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, indi də ingilis mətbuatı ağır günlər keçirən "Liverpul"un ulduz futbolçunun transferində ciddi addımlar atmağa hazırlaşdığı barədə yazılar dərc etməyə başlayıb. "Dumanlı albiom" mətbuatı yazır ki, "Liverpul" bacarıqlı futbolçunun transferi üçün qış transfer dövründə "Atletiko"nun qapısını "döyməyə" hazırlaşır. Lakin ingilis futbol klubu üçün ən böyük problem odur ki, A.Turanın "Atletiko" ilə müqaviləsində "19 milyon funt sterlinq"ə sərbəst qala bilər" müddəasının yer almasıdır. Bu isə o deməkdir ki, A.Turanı transfer etmək istəyən "Liverpul", "Atletiko"ya bu miqdarda vəsait ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə