"Nyukasl"ın futbolçusu "Arsenal"a keçmək istədiyini açıqladı

"Nyukasl"ın futbolçusu "Arsenal"a keçmək istədiyini açıqladı

İngiltərənin "Nyukasl" futbol klubunda forma geyən Dem Ba, gələcək koryerası ilə bağlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, İngiltərənin "Daily Mirror" qəzetinə müsahibə verən seneqallı futbolçu bildirib ki, onun transferi ilə bağlı mətbuatda yazılan xəbərlərdən məlumatı yoxdur. Ulduz futbolçu, transferlə bağlı ona hələ heç bir təklif gəlmədiyini deyib. Bununla yanaşı, D.Ba, "Arsenal"ın onunla yaxından maraqlandığını və müxtəlif vasitələrlə onu heyətə qatmaq üçün hazırlıq gördüyündən xəbərdar olduğunu deyib. Ulduz futbolçu, belə bir təklif olarsa "topçuların" düşərgəsinə keçmək istədiyini də gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə