Sadıq Sadıqov və Kəmaləddin Heydərov Türkiyədə mükafata layiq görüldülər
"Neftçi"PFK-nın prezidenti Sadıq Sadıqov Türkiyədə "Beynəlxalq Yüksək Xidmət" mükafatına layiq görülüb. Siasport.az saytının məlumatına görə, sözügedən mükafat hər il Avropada bir klub prezidentinə təqdim olunur. Sadıq Sadıqova Azərbaycan futbolundakı xidmətləri və ilk dəfə olaraq bir Azərbaycan klubunun Avropa Liqasına vəsiqə qazanması səbəbi ilə verilən mükafatı, tədbirdə iştirak edən "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə alıb.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov isə "Avropada İlin İdman Adamı" seçilib. Qonaqlara mükafatları Türkiyə idman nazirinin müavini Yusuf Təkin təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB