Vaqif Cavadov: "Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olunacaq" AÇIQLAMA
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov 2012-ci ildə millimizin fəaliyyətini dəyərləndirib. Siasport.az saytına açıqlama verən futbolçu millimizin bu ilki fəaliyyətinin uğurlu olduğunu qeyd edib: "Bu il Azərbaycan futbolu üçün uğurlu oldu. Həm millinin, həm də klublarımızın oyunları qənaətbəxş oldu. Şimali İrlandiya ilə oyunda son dəqiqələrdə buraxılan qol futbolçulara psixoloji cəhətdən təsir etdi. Gələn il dörd oyunu doğma meydanda keçirəcəyik".
2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı böyük uğur kimi dəyərləndirən V.Cavadov respublikamızın artıq idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb: "Ölkəmizin mötəbər yarışlara ev sahibliyi etmək istiqamətində böyük təcrübəsi var. Əminəm ki, Avropa Olimpiya Oyunları da ölkəmizdə yüksək səviyyədə təşkil olunacaq və qonaqlar Azərbaycandan xoş təəssüratla ayrılacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB