Xəqani Məmmədov: “Bəzi dırnaqarası mütəxəssisləri qane etmirdi, ancaq...” MÜSAHİBƏ
AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun Siasport.az saytına müsahibəsi:
- Xəqani müəllim, 2012-ci il hakimlərimiz üçün necə keçdi:
- Baxmayaraq ki, bəzi dırnaqarası mütəxəssisləri qane etmirdi, ancaq 2012-ci il hakimlərimiz üçün uğurlu keçdi. Bu il Avropa meydanlarında hakimlərimiz bir çox maraqlı oyunlar idarə etdilər. Anar Salmanov dünya çempionatının seçmə oyununu idarə etdi. 12 il hakimlərimizdən heç biri dünya çempionatının oyunlarına təyinat almırdılar. 2012-ci ildə iki gənc hakimimizin - Əliyar Ağayev və Rəhim Həsənovun FİFA referisi adını alması üçün namizədliklərini FİFA-ya təqdim etmişik. Yəqin yaxın bir neçə gün ərzində FİFA təsdiq məktubunu bizə göndərəcək.
- Premyer Liqanın XVII turunda baş tutan "Xəzər Lənkəran" - "Neftçi" matçının idarəçiliyi barədə nə deyə bilərsiniz?
- "Xəzər Lənkəran" - "Neftçi" matçını Fariz Yusifov bir epizodu çıxmaq şərti ilə yüksək səviyyədə idarə etdi.
- Elçin Məmmədovun I Divizion matçını idarə etməsi nə ilə əlaqədar idi?
- I Divizionda da gərgin mübarizə gedir. "Neftçala" və "Qaradağ Lökbatan" komandalarının hərəsinin aktivində 29 xal var idi. Belə qərara aldıq ki, həmin oyunu məhz Premyer Liqa hakimlərindən birinə həvalə edək. Elçin Məmmədovun Premyer Liqada oyunu olmadığından həmin matçı ona tapşırdıq.
- Qış fasiləsindən sonra Premyer Liqada yeni gənc hakimləri görə biləcəyik?
- Antaliyada təşkil olacaq təlim-məşq toplanışına Premyer Liqa hakimləri ilə yanaşı, gənc və perspektivli hakimləri də aparacağıq. Biz onları Premyer Liqada görmək istəyirik və yəqin ki, görəcəyik. Ömər Paşayev, Mahir Məmmədov, Yusif Hüseynov və digərləri bu sıraya daxildirlər.
- 2015-ci ildə ölkəmizdə Avropa Olimpiya Oyunları keçiriləcək. Bununla bağlı fikirlərinizi öyrənmək istəyərdik.
- Bu, bizim ölkəmiz üçün çox böyük bir uğurdur. Bu yarışlar Olimpiya Oyunlarına bərabərdir. 53 ölkənin iştirakı da bunu təsdiq edir.
- Növbəti mövsümdən Premyer Liqada və Azərbaycan Kubokunda 5 hakimlik sisteminə keçəcəksiniz?
- Noyabr ayının 15-də UEFA-nın tərkibinə daxil olan Avropanın milli assosiasiyalarının hakimlər komitələrinin sədrlərinin iştirakı ilə iclas keçirildi. Toplantı növbəti mövsümdən çempionatların 5 hakimlik sisteminə keçməsi ilə bağlı idi. Onlar maraqlanırdılar ki, ölkələrin bununla bağlı hansı promlemləri var. Əksəriyyət hər ölkədə 5-6 təcrübəli hakimin olduğunu bildirdi. Bu, həqiqətən də belədir. Hər ölkədə maksimum 10 yaxşı hakim olur. Bu sistemə keçid üçün bizdə elə bir problem görmürəm. Ola bilər ki, yeni mövsümdən biz də bu sistemə keçəcəyik. Ancaq bu sistemə keçməmişdən öncə AFFA-nın İcraiyyə Komitəsi toplantı keçirib, müzakirə edib, qərar verməlidir.
Yalnız İtaliyada mövsümün əvvəlindən 5 hakimlik sisteminə keçiblər. Türkiyə isə yanvar ayından bunu tətbiq edəcək. Qalan ölkələr növbəti mövsümdən bu sistemə keçəcəklər. Bunun müsbət və mənfi cəhətləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB