Kamran Ağayev: “Kişi sözü heç oldu” AÇIQLAMA

Kamran Ağayev: “Kişi sözü heç oldu” AÇIQLAMA

"Çoxları elə bilir ki, futbol mənim üçün qurtarıb, ancaq elə deyil. Futbol məni atmasa, mən ondan əl çəkən deyiləm. Bu demək deyil ki, futbolla nəfəs alıram. Nəinki futbolda, insanın həyatında da problemlər olur. Böyüklük odur ki, bu problemlərin öhdəsindən gələsən. Həyat davam edir". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib. Futbolçu "Xəzər Lənkəran"ın onun başqa kluba keçməsi üçün qoyduğu məbləğin real olmadığını qeyd edib: "Xəzər Lənkəran"la müqaviləm var. Onların qoyduğu qiymət real olmadığına görə, hələ ki, heç bir kluba keçə bilmirəm. "Xəzər Lənkəran"da açdığım dəftəri artıq qapatmışam. Orada qazandığım fanatları itirmək istəmirəm. Qazandığım uğurların arasına "Xəzər Lənkəran"ı qatmayacağam. "Xəzər Lənkəran" karyeramdan kənardadı. Kimsə futboldan danışanda uzaqlaşıram, futboldan danışmıram. Bu, mənə dərs oldu ki, hansısa komandaya getsəm, ancaq müqaviləyə əməl edəcəyəm, kişi sözü heç oldu".

Qapıçı bir neçə gün öncə avtomobil qəzasına düşdüyünü qeyd edib: "Bir həftə öncə qəzaya düşdüm. Bir balaca qabırğalarımda əziklər oldu. Məni qırmızı işıqda vurdular. Özüm qaydaları çox pozuram, amma bu dəfə mən qayda pozamamışdım".

Bütün xəbərlər Facebook səhifəmizdə