Ruslan Abışov: "Karyeramı xaricdə davam etdirmək istəyirəm və buna çox yaxınam" AÇIQLAMA

Ruslan Abışov: "Karyeramı xaricdə davam etdirmək istəyirəm və buna çox yaxınam" AÇIQLAMA

"İlin ən yaxşı oyunçusu adına mən və Rauf Əliyev layiq idik. Məni seçdiklərinə görə çox sevindim". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının və "Xəzər Lənləran"ın futbolçusu Ruslan Abışov deyib. Futbolçu ilin ən yaxşı oyunçusu seçilməsinin onun üçün stimul olduğunu qeyd edib.

R.Abışov karyerasını xaricdə davam etdirmək istədiyini bildirib: "Topaz Premyer Liqasnın növbəti turunda "Qarabağ"la oyunumuz var. Bütün fikrimi həmin matça yönəltmişəm. Hər şeyi zaman göstərəcək. Mən də karyeramı xaricdə davam etdirmək istəyirəm və buna çox yaxınam. "Qarbağ"la oyundan sonra bu yöndə olan işlər yekunlaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə