Berti Foqts futbolçularımızın fiziki durumundan şikayət etdi AÇIQLAMA

Berti Foqts futbolçularımızın fiziki durumundan şikayət etdi AÇIQLAMA

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millimizin 2012-ci ildə fəaliyyətini dəyərləndirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi komandamızın bu il keçirdiyi oyunlar barədə danışıb: "Azərbaycan yığması bu il ərzində dünya çempionatının seçmə oyunları çərçivəsində 3 çətin səfər görüşü keçirib. Komandamız Portuqaliya, Rusiya, Şimali İrlandiya ilə qarşılaşıb. Qazandığımız 2 xal məncə, yaxşı nəticədir. İsraillə oyunda 3 xal qazana bilərdik".

Baş məşqçi komandamızın oyunların sonlarında hücumda kəsərli çıxış etməməsinin səbəblərini fiziki hazırlıqda görüb: "Rusiya ilə oyunda 85-ci dəqiqədə, Şimali İrlandiya ilə matçda isə 95-ci dəqiqədə qol buraxılmasına futbolçularımızın fiziki durumu səbəb olmuşdu. Mən yenə də futbolçulara deyirəm ki, öz fiziki hazırlıqları üzərində çalışsınlar. Onlar fərdi məşq etməlidirlər. Fiziki durumları yaxşı olmalıdır ki, biz 90 dəqiqə meydanda yaxşı futbol göstərək".

Bütün xəbərlər Facebook səhifəmizdə