"Fənərbaxça" 22 ildən sonra daha bir antirekordu təzələdi

"Fənərbaxça" 22 ildən sonra daha bir antirekordu təzələdi

Dünən axşam əzəli rəqibi olan "Qalatasaray"a 1:2 hesabı ilə məğlub olan "Fənərbaxça", bu qarşılaşmada daha bir antirekorda da imza atmış oldu. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində Bekir İrtegünün öz qapısına göndərdiyi top, təkcə "Fənərbaxça"nın məğlubiyyəti ilə deyil, həm də derbi tarixində 22 ildən sonra yeni antirekordun təzələnməsi ilə də yadda qalıb. Belə ki, B.İrtegünün öz qapısına göndərdiyi topla, "Fənərbaxça" düz 22 ildən sonra, öz futbolçusundan qol "yeməli" oldu. Xatırladaq ki, belə bir antirekord son dəfə 1990-cı ildəki "Qalatasaray"-"Fənərbaxça" derbisində yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə