Milli komandalarımızın ən yaxşıları mükafatlandırıldılar

Milli komandalarımızın ən yaxşıları mükafatlandırıldılar

Bu gün 2012-ci ildə milli komandaların ən yaxşı futbolçuları mükafatlandırılıb. Siasport.az saytının məlumatına görə, AFFA-nın təşkil etdiyi tədbir "Hilton" otelində baş tutub. Mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə və digər idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səsvermənin nəticələrinə görə, 17 yaşadək qızlardan ibarət yığma komandamızın 2012-ci ildə ən yaxşı futbolçusu Aytac Şərifova seçilib. Futzal üzrə millimizin ən yaxşı futzalçısı isə Vitali Borisov olub. Daha sonra mükafat çimərlik futbolu üzrə millimizin ən yaxşısı Zeynal Zeynalova təqdim olunub. Milli komandamızın ən yaxşı qapıçısı Kamran Ağayev, ilin ən yaxşı oyunçusu isə Ruslan Abışov seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə