Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 18-dən 21-dək "Sərhədçi" İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edəcəklər.
Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.
Şəxsi yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutacaq idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
Proqrama əsasən, dekabrın 18-19-da yunan-Roma güləşçiləri, dekabrın 20-21-də isə sərbəst güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə