Topaz Premyer Liqasının 17-ci turuna "Rəvan" - "Sumqayıt" oyunu ilə yekun vuruldu. Siasport.az saytının məlumatına görə, dramatik məcrada keçən qarşılaşma qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatdı. Oyundan sonra hər iki klubun baş məşqçisinin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq
Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "90 dəqiqə ərzində maraqlı oyun izlədik. Hər iki komanda açıq oyuna üstünlük verdi. Bizim komanda daha baxımlı oyun və qələbə əzmi göstərdi. Qalib gəldiyimiz üçün şadam".
Anar Vəliyev, "Rəvan" klubunun məşqçisi: "Baş məşqçimiz Kemal Alispahiç cəzalı olduğu üçün bu gün mətbuat konfransında iştirak edə bilmir. "Sumqayıt" klubunu qələbə münasibəti ilə təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB