Futbolçu karyerasını başqa ölkədə davam etdirə bilər
"Atletiko"nun türkiyəli futbolçusu Arda Turan Madrid klubundan ayrılmaq qərarına gəlib. Bu barədə oyunçunun meneceri Ammet Bulut məlumat verib. Əmrə Belözoğlu, Gökhan Törə, Kuarejma kimi futbolçuların da meneceri olan Bulut Ardanın gələcək kariyerası barədə bu sözləri deyib:
"Arda artıq iki mövsümdür "Atletiko"da çıxış edir. Mən onun başqa ölkədə, başqa çempionatda oynamağını istəyirəm. Arda da bunu çox istəyir. Ona görə də bu istiqamətdə çalışmalar aparırıq. Madrid klubu ilə də bu barədə tez-tez danışıqlar aparırıq. Klub mənim nə istədiyimi bilir. Hər şey istədiyimiz kimi alınarsa, Arda "Atletiko"dan ayrılacaq və gələn mövsüm başqa klubda oynayacaq. İndidən gedəcəyi ölkənin adını çəksəm, o saat təxmini klublar yazacaqsınız. Ardanı istəyənlər arasında 5-6 klub var. Bu klublardan birinə transfer olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB