“Bakı Beynəlxalq Kuboku” davam edir

“Bakı Beynəlxalq Kuboku” davam edir

Bu gün ağır atletika üzrə IWF Grand Prix - "Bakı Beynəlxalq Kuboku"nda ikinci yarış günüdür. Siasport.az saytının məlumatına görə, ilk olaraq körpücük üzərinə 69 kq çəki dərəcəsinin "B" qrupunda mübarizə aparan idmançılar çıxacaqlar.

Xatırladaq ki, 25 ölkədən atletlərin mübarizə apardığı turnirdə 62 kiloqram çəki dərəcəsində atletimiz Valentin Xristov qızıl medal qazanıb. Daha bir Azərbaycan atleti Zülfüqar Süleymanov da mükafatçılar sırasında yer alıb. O, yarışı üçüncü pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə