"Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"

"Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"

Topaz Premyer Liqasının XVII turunun "Bakı" - "Qarabağ" qarşılaşması bu gün paytaxt təmsilçisinin təlim-məşq bazasının stadionunda baş tutacaq. Siasport.az saytının məlumatına görə, "Bakı" dünən oyun öncəsi son məşqini keçirib.

Komandanın heyətində bərpa dövrü keçən Uinston Parks xaricində bütün futbolçular məşqə qatılıblar. Baş məşqçi Bojidar Bandoviçin tapşırıqlarını canla-başla yerinə yetirən futbolçular qarşıdan gələn əhəmiyyətli oyuna ciddi hazırlaşırlar.

"Bakı"nın baş məşqçisi Bojidar Bandoviç və gənc müdafiəçi Şəhriyar Əliyev "Bakı" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bildirib. Baş məşqçinin və futbolçunun müsahibəsinin videoyazısın təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə