Bakıdakı Ağır Atletika Akademiyasının İdman Mərkəzində "Bakı Beynəlxalq kuboku" yarışları keçirilir. Siasport.az saytının məlumatına görə, 25 ölkədən atletlərin mübarizə apardığı turnirdə 62 kiloqram çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Birdənqaldırma yarışlarında 132 kiloqram, təkanla qaldırma hərəkətində isə 170 kiloqramı başı üzərinə qaldıran atletimiz Valentin Xristov qızıl medal qazanıb.
Yarışda gümüş medala türkmənistanlı Umurbek Bazarbayev (130 kq + 152 kq) sahib olub. Daha bir Azərbaycan atleti Zülfüqar Süleymanov da mükafatçılar sırasında yer alıb. O, 280 kiloqram (122 kq + 158 kq) nəticə göstərərək yarışı üçüncü pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB