"Neftçi"nin istədiyi şərait yox idi. Öz oyunumuzu ortaya qoymaq istədik, təəssüf ki, fərdi səhvlərdən qollar buraxdıq, məğlub olduq". Siasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra paytaxt klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. O, məğlubiyyətlə barışa bilməyib: "Bu, belə qalmayacaq. Mən azərbaycanlıyam və bununla fəxr edirəm. Biz komandanı xalqımız üçün düzəldirik. "Xəzər Lənkəran" komandasını indiyədək bu qədər zəif görməmişdim, sadəcə bu gün oyunda bəxtimiz gətirmədi. "Neftçi" bu il də çempion olacaq, Azərbaycanda bizim rəqibimiz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB