Azərbaycanda cıdır-şans totalizator oyunlarının təşkili barədə mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, "Exelcior" otelde baş tutan konfransda "Azəridmanservis" MMC-nin baş direktoru Azər Məhərrəmov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev və AZİNTOT MMC-nin direktoru Elşən Məmmədzadə iştirak ediblər.
Konfransda məlumat verilib ki, oyunların Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli, 134 nömrəli Qərarı ilə təsdiq edilmiş "Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi qaydaları"na uyğun təşkil olunması nəzərdə tutulub. Bununla əlaqədar müvafiq qaydada akreditasiya edilmiş "Azintot" MMC at yarışları üzrə idman mərc oyunlarının yüksək tələblərə cavab verən səviyyədə keçirilməsi məqsədi ilə İngiltərənin "Race and Tote Services İnternational LTD" şirkəti ilə geniş əməkdaşlıq edir və şirkət burada texniki dəstək və servis işlərini aparır.
Oyunlar Azərbaycan Respublikası ərazisində və ölkənin hüdudlarından kənarda keçirilən at yarışlarının nəticələrinin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla, iştirakçılar arasında nəticəni düzgün təxmin edənlərə pul mükafatı qazandırır.
Oyunların keçiriləməsi üçün "Mərkəzi mərc sistemi" və həmin sistemlə əlaqəli olan xüsusi terminallarla təmin olunmuş agentliklər şəbəkəsi yaradılır. Bunlar həftənin 7 günü 24 saat işləyirlər. Sistem daxilində Azərbaycan, türk, ingilis və rus dillərində 24 saat "Call centre" fəaliyyət göstərir.
Binə qəsəbəsində yerləşən Azərbaycan Atçılıq Mərkəzində və ölkəmizin digər ipodromlarında at yarışları zamanı oyunların təşkili, eyni zamanda xaricdə - Amerika, Avstraliya, İngiltərə, İrlandiya, Kanada, Birləşmiş Ərəb Əmirliklərin, Cənubi Afrika Respublikasında və digər yerlərdə at yarışlarının keçirilməsindən öncə kuponların qəbul edilməsi və oyuna iştirak hüququ verən biletlərin terminallar vasitəsi ilə çap edilərək oyunçulara verilməsi nəzərdə tutulur.
Yarışlar televiziya vasitəsilə canlı yayımlanacaq. Türkiyədəki yarışlar fevral ayından etribarən efirə veirləcək.
Azərbaycanda və ölkənin hüdudlarından kənarda at yarışları barədə oyun iştiakçılarının ətraflı məlumatlanması məqsədilə www.cidir.az saytı yaradılıb. Saytda online rejimdə Azərbaycan və xarici vətəndaşların oyunda iştiak etmək imkanı var.
Əldə olunan vəsaitlərin ölkəmizdə atçılıq və at idman sahəsinin inkişafına yönləndirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB