"Beşiktaş" və "Zenit" Qəbələyə gəlir

"Beşiktaş" və "Zenit" Qəbələyə gəlir

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. Siasport.az saytının məlumatına görə, artıq dəvət alan iki klub – Türkiyə və Rusiya təmsilçiləri "Beşiktaş" və "Zenit" turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. 28 may - 02 iyun tarixində baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.

Xatırladaq ki, ilk turnir 30 may - 04 iyun 2012-ci il tarixində "Vilyarreal", "Levante" (hər ikisi İspaniya), "Qalatasaray" (Türkiyə), "Feyenoord" (Hollandiya), "Bröndbü" (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycandan "Qarabağ" və "Qəbələ" ilə təmsil olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə