Qış transfer dövründə İstanbulun "Qalatasaray" futbol klubunu tərk edəcək ilk 4 futbolçunun adı məlum olub. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim, Kris, Sercan Yıldırım, Çağlar Birinci və Ceyhun Gülsalamı artıq sərəncamında görmək istəmir. Qəzet iddia edir ki, klub rəhbərliyi ilə görüşən "imperator", bu futbolçuların xidmətində qətiyyən maraqlı olmadığını bəyan edib. Onun "Real"dan transfer olunan Hamit Altıntopa da ciddi xəbərdarlıq etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB