İngiltərənin "Everton" futbol klubu, qış transfer dövründə hollandiyalı futbolçusu Con Hetinganı "Qalatasaray"a satmağı planlaşdırır. Siasport.az saytı xəbər verir ki, bu barədə ingilis mətbuatı xəbərlər dərc edib. Məlumata əsasən, heyətini "Mançester Siti"dəki ulduz futbolçulardan biri ilə gücləndirməyi planlaşdıran "Everton", baş məşqçi David Moyesin təklifi ilə hollandiyalı futbolçunu transfer etmək üçün müraciət edən "Qalatasaray"a 5 milyon avroya satmağı qərara alıb. İngilis klubu, hollandiyalının transfer pulu ilə, "Mançester Siti"dən almaq istədiyi ulduz futbolçunun gələn mövsümdəki məvacibini ödəməyi düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB