Dünən axşam futbol üzrə İspaniya Kral Kuboku çərçivəsində səfərdə "Selta" ilə qarşılaşan Madrid "Real"ı, meydanı məğlubiyyətlə tərk edib. Siasport.az saytı xəbər verir ki, kral klubu meydan sahibləri ilə qarşılaşmada zəif oyun nümayiş etdirərək, meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıblar. Qarşılaşmadan sonra açıqlama ilə çıxış edən qonaqların baş məşqçisi Joze Mourinyo isə, futbolçularının oyunundan ciddi şəkildə narazı qaldığını və bəzi futbolçuların artıq ilk 11-liyə daxil edilməsinin mümkünsüz olduğunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB