Futbol üzrə İspaniya Kral Kubokunda növbəti qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, La Liqanın hazırkı lideri olan "Barselona" səfərdə 2-ci Liqa klubu olan "Kordoba" ilə qarşılaşıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmasa da, ikinci hissəyə daha fəal başlayan katalon klubu, zəif rəqibini Leonel Messinin 11 və 74-cü dəqiqlərdə vurduğu qollarla 2:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB