Daha bir boksçumuz rinqdə ermənini döydü

Daha bir boksçumuz rinqdə ermənini döydü

Rusiyanın Kalininqrad şəhərində keçirilən boks üzrə "Olimpiya ümidləri" 18-22 yaşlıların Avropa çempionatında daha bir idmançımız qələbə qazanıb. Siasport.az saytının məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev Almaniyanı təmsil edən Artyom Arutunyanı 17:11 hesabı ilə məğlub edib. Milli komandamızın üzvü ¼ final mərhələsində Belarus təmsilçisi Aleksek Qaletiçlə üz-üzə gələcək.

Bu gün yarışda daha 3 həmyerlimiz ilk döyüşlərini keçirəcəklər. Günorta proqramında Cavid Çələbiyev (56 kq) macarıstanlı Kristian Naqi ilə qarşılaşacaq. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli (81 kq) bolqarıstanlı Radoslav Pantelyevlə üz-üzə gələcək.

Axşam proqramında isə 75 kq çəki dərəcəsindəki təmsilçimiz Emil Əhmədov rinqə çıxacaq. Onun rəqibi Almaniya boksçusu Denis Radovan olacaq.

56 kq – Cavid Çələbiyev – Kristian Naqi (Macarıstan)

81 kq – Vətən Hüseynli – Radoslav Pantelyev (Bolqarıstan)

75 kq – Emil Əhmədov – Denis Radovan (Almaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə