Admir Teli: "Keçmişlə yaşamaq bizə uğur gətirməyəcək"

Admir Teli: "Keçmişlə yaşamaq bizə uğur gətirməyəcək"

"Qarabağ" klubu 2 gün sonra "Bakı" ilə vacib oyuna çıxacaq. Siasport.az saytının məlumatına görə, komandanın paytaxt təmsilçisi ilə görüşündə maraqlı məqam yaşana bilər. Belə ki, cari mövsüm "Qarabağ"ın bütün görüşlərində 90 dəqiqə meydanda olan Admir Teli ümumiyyətlə, 2 ildir əvəzlənmədən oynayır. 31 yaşlı müdafiəçi 2 il bundan öncə dekbarın 18-də baş tutan "Qarabağ" - "Muğan" görüşündə meydanda olmayıb. O zamandan bəri əvəzedilməyən albaniyalı legioner artıq Premyer Liqada ardıcıl 63 matçı geridə qoyub. Ölkə kuboku və Avroliqa oyunlarını da nəzərə alsaq, Admirin seriyasının 70-i ötdüyünün şahidi olarıq.

Futbolçu bununla bağlı açıqlama da verib: "Belə bir göstəriciyə sahib olmağımdan xəbərim yoxdur. Daha doğrusu elə də maraqlanmıram şəxsi göstərcilərimlə. Bunu nəyə borcluyam? Heç bir məşqi buraxmamağa, xaraktercə daim futbolu düşünməyimə və bir də baş məşqçinin inamına. Bu 3 komponent bir-birini bağlayır. Amma qeyd etdiyim kimi, bu nəticə məni elə də maraqlandırmır. 4 ildir "Qarabağ"dayam. Zənnimcə, çempionluq qazanmaq hər şeydən daha vacibdir. Komandada klub prezidentindən tutmuş ən siravi işçiyə kimi hamı çempionluğa acdır. Mən də inanılmaz dərəcədə çempionluq istəyirəm. Düşünürəm ki, bunun zamanı çatıb. Baxmayaraq ki, çempionatda rəqabət artıb, ancaq qızıl medal qazanmalıyıq. Əvvəllər bizim 2 və ya 3 rəqibimiz olardı. İndi fikir verin, 6-7 komanda 1-ci yerə istəklidir. Təbii ki, qışa lider kimi yollanmaq istəyirik. Bu, bizə əlavə stimul verəcək. Komandanın transfer məsələsinə qarışmıram. Təbii ki, komandanın gücləndirəcək futbolçuya hər zaman ehtiyac var. Amma qeyd etdiyim kimi bu, baş məşqçinin səlahiyyətinə aid olan bir şeydir. "Bakı" ilə qarşıdan gələn oyun elə də asan olmayacaq. Ötən mövsümün revanşı haqda düşünmürük. Düzdür, Avroliqaya gedən yolumuzu bağlamışdılar. Keçmişlə yaşamaq bugün bizə uğur gətirməyəcək. Daim işləməli və hər oyuna xüsusi diqqət yetirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə