"Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirlməsinin leyhinə 42 ölkədən 38-nin səsverməsi bu qədər dövlətin ölkəmizə yaxınlığından xəbər verir". Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Siasport.az saytına açıqlamasında deyib. O, bu qərarın Azərbaycanın dünyadakı nüfuzuna da müsbət təsir etdiyini qeyd edib: "Yunanıstanda keçirilən Olimpiya Oyunlarından bu günə qədər hələ də dünyada oranın adı çəkilir. Yunanıstan tarixə yazılıb. Azərbaycan da Avropa Olimpiya Oyunlarının ilk keçirildiyi ölkə kimi tarixə yazılacaq. Bu amillər məni çox sevindirir. Bu, sübut edir ki, Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, inkişaf edir".
Vitse-prezident ölkəmizin Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb: "Azərbaycan bu oyunların keçirilməsinə hazırdır. Yarımçıq olan qurğuların da tamamlanması üçün sürətlə işlərə başlanacaq. Məlumdur ki, yeni stadionlar və digər qurğular inşa edilir. Bakı şəhəri daha da dəyişəcək, gözəlləşəcək. İnkişaf nəqliyyatdan başlayaraq, bütün infrastrukturda öz əksini tapacaq.
Bu möhtəşəm yarışların Azərbaycanda keçirilməsi turizmin inkişafında da rol oynayacaq. Ümumiyyətlə, ölkəmizin daha da tanınmasında Avropa Olimpiya Oyunlarının böyük əhəmiyyəti olacaq".
X.İsayev bu yarışların Azərbaycan üçün sınaq olduğunu diqqətə çatdırıb: "Avropa Olimpiya Oyunları bizim qarşımızda imtahandır. Bu yarışları uğurla keçirəndən sonra Ümumdünya Olimpiya Oyunlarını da burada keçirməyimiz üçün şansımız artacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB