Bakıda "Qalatasaray"ın rəsmi mağazası açılır

Bakıda "Qalatasaray"ın rəsmi mağazası açılır

Bakıda "Qalatasaray"ın rəsmi mağazası fəaliyyətə başlayacaq. Siasport.az saytının məlumatına görə, "Galatasaray Store"nin bu gün açılması nəzərdə tutulub. Mağazada "Nike" firmasının istehsal etdiyi formalar və digər əşyalar satışa çıxarılacaq.

Qeyd edək ki, mağazada yalnız fubol klubunun deyil, "Qalatasaray" idman klubuna daxil olan bütün idman növlərinə aid komandaların forma və simvolik əşyaları satılacaq.

Açılış mərasimində klubun İdarə Heyətinin üzvü Abdurrahim Albayrakın, "Galatasaray Store" mağazalar şəbəkəsinin baş direktoru Nurəddin Kantarellinin, baş məşqçinin köməkçisi Hasan Şaşın və digərlərinin iştirakı gözlənilir.

Onu da nəzərinizə çatdıraq ki, klub bu mağazadan 1 milyon dollar qazanc əldə edəcəklərini düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə