AQF-da İşçi Qrupları yaradıldı

AQF-da İşçi Qrupları yaradıldı

Azərbaycan Qolf Federasiyası (AQF) ölkədə qolfun təbliğatında, tanıdılmasında öz səylərini davam etdirir. Siasport.az saytının məlumatına görə, AQF insanların qolf idman növünə cəlb olunması, onlarda qolfa marağı artırmaq məqsədilə federasiya daxilində İşçi Qrupları (AGF Workshops) yaradıb. İşçi qrupları cəmiyyətin müxtəlif təbəqələri üçün, müxtəlif yerlərdə təqdimatlar, pulsuz seminarlar və treyninqlər keçirir.

Federasiyanın Baş Direktoru Dominik Nouton bununla bağlı fikirlərini bildirib: "Bildiyiniz kimi, Azərbaycan Qolf Federasiyası bu il yaranıb və yarandığı gündən ölkə qolfunun inkişafı, qolf meydançalarının tikilməsi, akademiyaların yaradılması kimi qarşısına mühüm tapşırıqlar qoyub. Artıq regionlarda qolf meydançaları tikilir, paytaxtda akademiyalar yaradılır. Bu siyasətin davamı kimi, federasiya daxilində İşçi Qrupları yaradılıb. Onlar müxtəlif yaş qrupları üçün təqdimatlar və treyninqlər keçirir. Bu yöndə qruplar məktəbləri, ali təhsil ocaqlarını və digər yerləri ziyarət edir, qolf və AQF-nin fəaliyyəti haqqında məlumatlandırırlar".

Eyni zamanda İşçi Qrupları müəllimlərə qolf müəllimi akkreditasiyasını almaq üçün seminarlar və treyninqlər keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə