Nərimanov rayonu ərazisində yerləşən 258 №-li tam orta məktəbin idman zalında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXV spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə keçirilən yarış başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışda 10 rayon komandasının tərkibində 50 idmançı məktəbli iştirak edib. Yarışın nəticələrinə görə I yerə Nərimanov rayonu 258 №-li tam orta məktəbin, II yerə Qaradağ rayonu 273 №-li tam orta məktəbin, III yerə Sabunçu rayonu 169 №-li tam orta məktəbin komandaları layiq görülüblər.
Yarışın bağlanış mərasimində XXV spartakiadanın baş hakiminin müavini, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, XXV spartakiadanın baş katibi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər rəsmi şəxslər iştirak ediblər. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunublar.
XXV spartakiadanın dama, şahmat və stolüstü tennis növləri üzrə yarışlarından sonra Qaradağ rayonu 8 xalla I, Sabunçu rayonu 9 xalla II, Səbail rayonu 12 xalla III yeri tuturlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB