"Neftçi" bir futbolçusu ilə vidalaşıb. Siasport.az saytının məlumatına görə, paytaxt klubu braziliyalı yarımmüdafiəçisi Rodriqinyo ilə yollarını ayırıb. Klubun vitse-prezidenti Tahir Süleymanov bunun qarşılıqlı şəkildə həyata keçirildiyini bildirib: "Bildiyimiz kimi bu ayın sonunda bizim Rodriqinyo ilə olan müqaviləmiz başa çatır. Futbolçunun zədəsinin sağalmamasını və komandaya heç cür kömək edə bilməməsini nəzərə alan məşqçilər korpusu və klub rəhbərliyi müqaviləni artırmamaq qərarına gəlib. Təbii ki, bu, qarşılıqlı şəkildə həyata keçirilib. Futbolçunun "Neftçi"nin heyətində zədələnməsinə baxmayaraq heç bir təzminatdan söhbət gedə bilməz".
Qeyd edək ki, Rodriqinyonun "Neftçi" ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatacaqdı. Braziliyalı futbolçu iki mövsüm öncə avrokuboklar çərçivəsində Zaqreb "Dinamo"su ilə Bakıdakı görüşdə zədələnmişdi.//Fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB