Ümummilli liderin xatirəsi dərin ehtiramla anılacaq

Ümummilli liderin xatirəsi dərin ehtiramla anılacaq

12 dekabr Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycan dövlətinn qurucusu Heydər Əliyevin vəfatının ildönümüdür. Siasport.az saytının məlumatına görə, "Bakı" futbol klubunun kollektivi Ümummilli liderin anım günündə bir neçə tədbir planlaşdırır. Öncə, ənənəyə uyğun olaraq, "Bakı" futbol klubunun üzvləri, futbol akademiyasının müdavimləri və texniki personalın nümayəndələri tərəfindən dahi rəhbərin klub bazasında inşa olunuş abidə kompleksinin önünə tər çiçək dəstələri qoyulacaq. Ardından bazanın ən gözəl guşəsində yaradılmış Heydər Əliyev muzeyi ziyarət ediləcək, fotostendlər və maraqlı eksponatlar vasitəsilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin keşməkeşli və qürur dolu həyatı gözlər önünə gətiriləcək. Gənc və yeniyetmə futbolçular muzey eksponatları ilə yaxından tanış olacaqlar.

Bundan sonra anım iştirakçıları Fəxri Xiyabana yollanacaq, dahi rəhbərin məzarını ziyarət edəcəklər. Tədbirlər silsiləsinin sonunda "Bakı" futbol klubunun kinozalında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə