"Bakı" futbol klubunun həftəlik açıqlaması

"Bakı" futbol klubunun həftəlik açıqlaması

"Bakı" futbol klubunun mətbuat xidməti media üçün həftəlik açıqlama yayıb. Siasport.az saytının məlumatına görə, 3-11 dekabr 2012-ci il tarixlərində yaşanan hadisələri özündə əks etdirən açıqlamada A komanda, əvəzedicilər, uşaq komandalarının nəticələri, baza xəbərləri və sosial yönümlü layihələrin gedişatı yer alır.

U-17: 3 dekabr 2012-ci il tarixində Azercell U17 Liqasının VIII turunda "Simurq"la qarşılaşan "Bakı" U-17 5:0 hesablı inamlı qalibiyyət əldə edib. Növbəti turda "Kəpəz"in qonağı olan komanda səfər oyunundan da qələbə ilə ayrılıb 1:0. Ardıcıl 4-cü qələbəsini qazanan U-17 komanda 18 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Bakı"növbəti oyununa 17 dekabr günündə çıxacaq. Rəqib 9-cu pillədə qərar tutan "Gənclik" olacaq.

U-15: 4 dekabr 2012-ci il tarixində Kapital Bank U-15 Liqasının VIII turunda klub bazasında "İnter"i qəbul edən "Bakı" 2:0 hesabı ilə qalib gəlib. Komanda növbəti oyununu bu gün (11 dekabr 2012) səfərdə "Neftçi"yə qarşı keçirəcək. U-15 komandası 6 qələbə ilə B qrupunun vahid lideridir.

U-16: 6 dekabr 2012-ci il tarixində U-16 Liqasının VIII turunda "Turan"ı qəbul edən "Bakı" 1:0 hesablı qələbə əldə edib. 5-ci qələbəsini qazanan komanda 16 xalla ikinci pillədə qərarlaşıb.

U-13: 8 dekabr 2012-ci il tarixində U-13 Liqasının Paytaxt regionunda mübarizə aparan U-13 VIII turda "Səbail"lə qarşılaşıb və 2:0 hesablı səfər qalibiyyətinə sevinib. "Bakı" U-17 8 oyundan sonra 22 xalla çempionatın vahid lideridir.

Bu liqada yarışan ikinci komanda "Bakı 008" də həftəni 3 xalla tamamlayıb. "Bakı 008" səfərdə "Sahil"ə qalib gəlib 2:1.

U-11: 8 dekabr 2012-ci il tarixində U-11 Liqasının VIII turunda "Rəvan"-la evdə oynayan "Bakı" 2:0 hesabı ilə qələbə qazanaraq, liderliyini davam etdirir. U-11 komandamız 6 oyunda topladığı 16 xallailk pillədə qərar tutur.

U-14: Bu həftə U-14 komandamızın də rəqibi "Rəvan" olub. 9 dekabr tarixində U-14 Liqasının VIII turunda "Rəvan"-la oynayan "Bakı" böyükhesablı qələbəni aktivinə yazıb 3:0. 4-cü qləbəsini rəsmiləşdirən U-14 13 xalla 4-cü pilləyə yüksəlib.

Əvəzedicilər: 9 dekabr 2012-ci il tarixində əvəzedici komanda Tovuzda "Turan"la qarşılaşıb. Əvəzedicilər 0:1 hesabı ilə məğlub olublar. 16 turdan sonra aktivində 40 xal olan "Bakı"nın əvəzediciləri ən yaxın izlyicisi "Simurq"u 6 xal geridə qoyur.

9 dekabr 2012-ci il tarixində 2002-2003-cü il təvəllüdlü uşaqlardan təşkil olunan "Bakı Ulduzları" "Neftçi "ilə üz-üzə gəlib. "Bakı ulduzları" oyunu 1:1 hesablı bərabərliklə bitiriblər.

Əsas komanda: 6 dekabr 2012-ci il tarixində "Bakı" Topaz Premyer Liqasının VI turunun təxirə salınmış oyununda səfərdə Xəzər Lənkəranla qarşılaşıb. Maraqlı oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Sosial fəaliyyət: "Bakı" futbol klubu daha bir mötəbər beynəlxalq qurumun - Azərbaycanda Amerika Ticarət Palatasının (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) üzvlüyünə qəbul olunub. 6 dekabr 2012-ci il tarixində "Bakı"nın nümayindələri "Hyatt Otel"in "Quba" zalında illik hesabat görüşünü təşkil edən "American Chamber of Commerce in Azerbaijan"ın tədbirində iştirak ediblər.

Jurnal: Bu günlərdə "Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalının dekabr (2012) sayı işıq üzü görüb. Oxucuları bu dəfə də, həmişə olduğu kimi, bir-birindən maraqlı materiallar gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə