İngilis azarkeşə ömürlük cəza veriləcək!

İngilis azarkeşə ömürlük cəza veriləcək!

Keçən həftə oynanılan "Mançester Yunayted"-"Mançester Siti" qarşılaşmasında meydana girərək, Rio Ferdinanda hücum edən ingilis azarkeşi ağır cəza gözləyir. Siasport.az saytı xəbər verir ki, "Mançester Siti" futbol klubu, öz azarkeşini ən ağır şəkildə cəzalandırmağa qərar verib. Belə ki, baş verənlərdən dolayı rəqib futbolçudan rəsmi şəkildə üzr istəyən "Mançester Siti", bu azarkeşin ömürlük komandanın keçirəcəyi matçlara buraxılmaması barəqə qərar verməyə hazırlaşır. "Mançester Siti", baş verənlərdən ciddi utanc duyduğlarını da bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə