"Fənərbaxça" Sercan Sarareri transfer edir

"Fənərbaxça" Sercan Sarareri transfer edir

İstanbulun "Fənərəbaxça" futbol klubu, slovakiyalı futbolçu Miroslav Skokla yollarını ayrımağa qərar verib. Siasport.az saytı xəbər verir ki, UEFA Avropa Liqasının sonuncu qrup oyunu çərçivəsində "Münhenqladbax"la keçirilən qarşılaşmada baş məşqçi Aykut Kocamana qarşı sayğısız hərəkəti ilə yadda qalan ulduz futbolçu, artıq transferə çıxarılıb. Onun Rusiya klublarından birinə keçmə ehtimalı isə, olduqca böyükdür. İstanbul klubu, onun yerinə hazırda Almaniya Bundesliqasında çıxış edən türk əsilli futbolçu Sercan Sarareri transfer etməyi planlaşdırır. Məlumata əsasən, artıq "Fənərbaxça" rəsmiləri futbolçunun müqavilə ilə məxsus olduğu klubla danışıqlara da başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə