60 milyon avro ver, Radamer Falkaonu al!

60 milyon avro ver, Radamer Falkaonu al!

Madrid "Atletiko"sunun forvardı Radamer Falkaonu almaq istəyən klub, ən azı 60 milyon avro "tərləməli" olacaq. Siasport.az saytı xəbər verir ki, "Atletiko" prezidenti Enrique Çerezo ispaniyalı jurnalistlərə bildirib ki, hazırda R.Falkao Avropanın ən formada olan ulduz futbolçusudur. Onun qarşısında hələ uzun illərin durduğunu deyən klub prezidenti, bir qarşılaşmada 5 qol vuran futbolçu üçün ən az transfer xərcinin 60 milyon avro olacağını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə